Çin Futbol Assosiasiyası Super Liqada 22 fevralda başlaması nəzərdə tutulan yeni mövsümün startını təxirə salmaq qərarına gəlib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, buna Çində koronavirusun yayılması səbəb göstərilib.
Çin Futbol Assosiasiyası media nümayəndələrinin, futbolçuların, məşqçilərin, stadion işçilərinin sağlamlığını təmin etmək üçün belə bir addım atıb.
Çin Super Liqasında yeni mövsüm 22 fevralda başlamalı idi. Hazırda Çində koronavirusa yoluxanların sayı 7711 nəfərdi. 170 nəfər isə bu virusdan vəfat edib.