Futzal üzrə Xorvatiya millisi DÇ-2020-nin elit raundunda Azərbaycana 2:0 hesabı ilə qalib gəlib.

Futbolinfo.az xəbər verir ki, xorvatların baş məşqçisi Mato Stankoviç Xorvatiya Futzal Federasiyasının saytına açıqlama verib.

O, açıqlamasında Azərbaycanın futzal millisinin Azərbaycanla bağlılığının olmadığını bildirib:

“Belə çətin oyun gözləyirdik. Futzalda hər kəs bilir ki, Azərbaycan millisinin Azərbaycanla heç bir bağlılığı yoxdu. Heyət əsasən Azərbaycan, İran və Braziliyadan olan futzalçılardan ibarətdi. Ona görə də, belə çətin duel olacağını bilirdik. Keyfiyyətli oynadıq və layiqli qələbə qazandıq. Azərbaycanın nə vaxtsa meydanı qol vurmadan tərk edib-etmədiyini bilmirəm, amma bütün oyun bizim nəzarətimizdə keçdi”.

Shares: