“Barselona”nın futbolçusu Karles Peres karyerasını İtaliyada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu 1 milyon avro qarşılığında “Roma” klubuna keçib.

Bu barədə İtaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Peres mövsümün sonuna qədər icarə əsasında “Roma”da çıxış edəcək.

“Roma” mövsümün sonunda 11 milyon avro ödəyərək, hücumçunun transfer hüquqlarına sahib ola bilər.

Bu mövsüm “Barselona” ilə La Liqada 10 oyunda iştirak edən Peres, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Shares: