“Real” İspaniya kubokunun 1/8 final mərhələsində “Saraqosa”nı darmadağın edib.
Futbolinfo.az xəbər verir ki, 4:0 hesabıyla bitən görüş Madrid təmsilçisinin futbolçusu Marselo üçün əlamətdar olub.
Bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb. Belə ki, “Saraqosa” ilə görüş 31 yaşlı braziliyalı müdafiəçinin “Real”la bütün turnirlər daxil olmaqla 500-cü oyunu olub.
2007-ci ilin yanvarında “Real”da debüt edən Marselo, iştirak etdiyi 500 matçda 36 qol vurub və 96 məhsuldar ötürmə edib.