“Qarabağ” daha bir legioneri ilə yolları ayırır. 2015-ci ildən ağdamlıların uğuru üçün tərk edən Dani Kintana bundan sonra Çində oynayacaq.

Futbolinfo.az xəbər verir ki, Asiya təmsilçisinin aşağı liqa klublarından biri ilə razılıq əldə edən 32 yaşlı ispan yaxın günlərdə düşərgəni tərk edəcək. Baş məşqçi Qurban Qurbanov heyəti yeniləmək qərarı verdiyindən əksər yaşlı oyunçuları yola salır və Dani də bu siyahıdadı.

Əslində, Kintananın taleyi “Qarabağ”dan asılıdı – onunla müqavilə davam edir. Lakin ağdamlılar çinlilərlə razılıq əldə edən Daninin getməsinin əleyhinə deyil. Yeni legionerlər alınır və ispan yarımmüdafiəçinin xidmətinə ehtiyac dyulmur.

Shares: