Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
“Barselona” bu mərhələdə “Leqanes”lə qarşılaşıb. Rəqibini 5 cavabsız qolla məğlub edən Kataloniya təmsilçisi 1/4 finala yüksəlib.
Sonuncu qarşılaşma isə Sequnda Liqa təmsilçisi “Mirandes”lə “Sevilya” arasında baş tutub. 3 qolla uduzan “Sevilya” kubokla vidalaşıb.
İspaniya kuboku
1/8 final
28 yanvar
Tenerife – Atletik 3:3 (penaltilər 2:4)
29 yanvar
Leonesa – Valensiya 0:1
Rayo Valyekano – Vilyarreal 0:2
Badaxos – Qranada 2:3
Real Sosyedad – Osasuna 3:1
Saraqosa – Real 0:4
30 yanvar
Barselona – Leqanes 5:0
Mirandes – Sevilya 3:1