Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Lion “Olimpik”i səfərdə “Nitsa” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda rəqibini üstələyən Lion təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, əvvəlki oyun günlərində “Renn”, “Belfort”, “Dijon”, “Sent-Etyen”, PSJ, “Olimpik” (Marsel) və “Epinal” da 1/4 finala vəsiqə qazanmışdı.

Fransa kuboku
1/8 final
28 yanvar

Anje – Renn 4:5
Belfort – Monpelye 0:0
(penaltilər 5:4)
Limonest – Dijon 1:2
Monako – Sent-Etyen 0:1

29 yanvar

Epinal – Lill 2:1
Pau – PSJ 0:2
Olimpik (Marsel) – Strasburq 3:1

30 yanvar

Nitsa – Olimpik (Lion) 1:2

1/4 finalın cütləri
Dijon – PSJ
Epinal – Sent-Etyen
Olimpik (Lion) – Olimpik (Marsel)
Belfort – Renn

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp