Almaniyanın “Fortuna” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Valon Berişanı heyətinə qatıb.
Bu barədə Düsseldorf klubunun rəsmi saytı məlumat yayıb. “Fortuna” 26 yaşlı futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.
İsveçdə anadan olan, Norveç yığmasının şərəfini qorumuş, hazırda isə Kosovo millisində çıxış edən Berişa, “Latsio”ya 2018-ci ildə “Zalsburq”dan transfer olunmuşdu.