“Səbail”də yeni rəhbər bəllidi. Klubu bundan sonra Fərəc Əliyev idarə edəcək.

Sabiq idman direktoru Ramin Həsənov istefa ərizəsini yazıb və yaxın günlərdə “Sabah”da fəaliyyətə başlayacaq. Onun yeni klubda hansı postu tutacağı dəqiqləşməsə də, akademiyada fəaliyyət göstərəcəyi gözlənilir.

“Səbail”də Həsənovun xələfi isə qarşıdakı günlərdə müəyyənləşəcək. AFFA-dan maliyyələşən klub yeni rəhbəri də buradan gözləyir. Hazırda güvəniləcək kadr axtarışı davam edir. Həmin vaxtadək isə klubun meneceri Fərəc Əliyev məsul postda əyləşəcək.

Shares: