Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 20-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda “Arminiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu 80-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 7 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
20 turdan sonra 30 xala malik “Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.