Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Başakşəhər”dən Tunay Torunu, TFF 1-ci liqa klubu “Menemenspor”dan isə Alberk Koçu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tunay Torunla 1.5, Alberk Koçla 4.5 illik müqavilə imzalanıb.
29 yaşlı Tunay yarımmüdafiəçi, 22 yaşlı Alberk isə mərkəz müdafiəçisidi.