Çexiyanın “Viktoriya” (Jijkov) komandası növbəti yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Jijkov təmsilçisi “Varnstrov”la qarşılaşıb.

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin də formasını geyindiyi “Viktoriya” bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

U-21 milli komandamızın üzvü də bu oyunun iştirakçısı olub. O ikinci hissədə meydana buraxılıb.

Xatırladaq ki, Nəbiyev bu qış keçdiyi “Viktoriya” ilə ilk yoxlama matçında 3 qol vurmuşdu. Lakin həmin oyundan sonra səhhətində problem yaranan futbolçumuz növbəti 3 matçı buraxmalı olmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp