İspaniya La Liqasının ikinci dövrəsində keçiriləcək “Real” – “Barselona” matçının vaxtı bilinib.

Futbolinfo.az xəbər verir ki, “el klasiko” martın 1-də keçiriləcək və saat 00:00-da start götürəcək.

Bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

İspaniya La Liqasında hazırda “Real” 49 xalla liderdi. “Barselona” isə 46 xalla 2-cidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp