“Neftçi”nin sponsoru “Turkish Airlines”in dəstəyi ilə İstanbula gediş-gəliş bileti qazanmaq üçün təşkil olunan yarışın qaydalarına 4 iştirakçı doğru əməl edib.

Futbolinfo.az xəbər verir ki, iştirakçıların sayı az olduğuna görə əvvəlcədən nəzərdə tutulduğu kimi canlı yayımda 3 nəfərin seçilməsinə ehtiyac qalmayıb. Beləliklə, fevralın 16-da “Keşlə” ilə keçiriləcək ev oyununun fasiləsində 4 azarkeşin iştirakı ilə penalti yarışı təşkil olunacaq. Yarışın qalibi sponsor “Turkish Airlines”dən İstanbula gediş-gəliş bileti əldə edəcək. İkinci, üçüncü və dördüncü yerin sahibləri isə digər tərəfdaşlar – “Buta Qlobal Enerji Tekstil”dən və “Park Cinema”dan mükafatlar qazanacaqlar.

Penalti yarışının iştirakçıları – Alim Allahverdiyev, Hüseyn Cabbarlı, Səbuhi Vəlizadə və Hafiz Nəbiyevdən “Neftçi” – “Keşlə” matçının birinci hissəsi başa çatan kimi “Bakcell Arena” stadionunun ərazisində yerləşən ofisə yaxınlaşmaları xahiş olunur.

Xatırladaq ki, qaydalar aşağıdakı kimi idi:

  1. Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 1-i saat 17:30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununda iştirak et və stadionda selfi çək.
  2. Həmin şəkli bu paylaşımın şərh bölməsində yerləşdir.
  3. Həmin şəkli “Neftçi” PFK-nın və “Türk Hava Yolları”nın rəsmi Facebook səhifələrini teq etmək şərtilə #GƏLƏCƏKÜÇÜNBURDAYIQ heşqeti ilə öz səhifəndə paylaş.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp