“Yuventus”un zədəli futbolçusu Corco Kyellini sağalıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı müdafiəçi komandayla məşqlərə başlayıb.

Kyellini 2019-cu ilin avqustunda zədələnmiş və əməliyyat olunmuşdu.

Müdafiəçi bu mövsüm A Seriyasında bir oyunda iştirak edib.

Shares: