“CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində AFFA İcraiyyə Komitəsində qəbul edilən son qərarlar, millimizə baş məşqçi təyinatı məsələsi və sair məsələlər müzakirə olunub.
Futbolinfo.az xəbər verir ki, verilişin qonaqları – “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov U-23 millisinin yaradılmasına da toxunublar. Sadıqov bu qərarı tənqid edib. O deyib ki, belə bir millinin yaradılması mənasız qərardı. “U-23-dənsə U-20 millisinin olması daha məqsədəuyğun olardı” – deyə o bildirib.
Verilişin U-23-lə bağlı müzakirəsinə videonun 2.35-ci dəqiqəsindən 8.40-cı dəqiqəsinədək olan hissəsində baxa bilərsiniz.