İtaliyanın “Breşiya” klubu baş məşqçisi Eugenio Korini ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Korini ikinci dəfədi ki, “Breşiya”dan qovulur. O, 2019-cu ilin noyabrında da A Seriyası klubundan qovulmuş, dekabrda yenidən komandaya gətirilmişdi.

“Breşiya” A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu sırada qərarlaşıb.

Shares: