Rumıniya millisinin sabiq üzvü Qabriel Toryenin yeni iş yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi AEL (Larissa) klubuna keçib.
Bu barədə Yunanıstan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Torye ilə 6 aylıq müqavilə imzalanıb.
Rumıniya millisində 56 oyunda 11 qol vuran Torje, klub karyerasında “Espanyol”, “Udineze”, “Sivasspor”, “Osmanlıspor”, “Axmat”, “Dinamo” (Buxarest) kimi komandalarda çıxış edib. Yarımmüdafiəçi 2019-cu ilin yayından işsiz idi.