Almaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Verder” “Borussiya”ya (Dortmund) 3:2 hesabı ilə qalib gəlib.

Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisinin ilk qolunun müəllifi Erlinq Haland klubun tarixinə düşüb.

Vurduğu qolların sayını 8-ə çatdıran norveçli hücumçu, “Borussiya”da iştirak etdiyi ilk 4 oyunda 8 qolla yadda qalan ilk futbolçu olub.

19 yaşlı futbolçu “Borussiya”ya “Zalsburq”dan transfer olunmuşdu.

Shares: