Dortmund “Borussiya”sı Almaniya kubokunun 1/8 finalında “Verder”ə məğlub olub.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 2:3 hesabıyla məğlub olan dortmundluların qollarından birinin müəllifi olan Covanni Reyna kubok tarixində rekorda imza atıb.
Belə ki, qarşılaşmanın 78-ci dəqiqəsində komandasının ilk qolunu vuran Reyna, Almaniya kuboku tarixində fərqlənən ən gənc futbolçu olub. Yarımmüdafiəçi buna 17 yaş 82 günlüyündə nail olub.
Covanni Reyna ABŞ millisinin keçmiş futbolçusu Klaudio Reynanın oğludur. O, “Nyu York Siti” klubunun yetirməsidir və 2019-cu ilin yayında Dortmund “Borussiya”sına keçib.