Moskvanın ermənilərə məxsus “Ararat” klubu Rusiyanın Peşəkar Futbol Liqası (PFL) iştirakçıları siyahısından çıxarılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsinin bürosu qərar qəbul edib.
Səbəb kimi RFS-in II Divizion klublarının lisenziyalaşdırılması üzrə komissiyanın “Ararat”ın lisenziyasını geri çağırması göstərilib.
Ermənilərin komandası PFL-in Mərkəz zonasında 17 oyuna topladığı 23 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb. “Ararat”a qalan oyunlarda böyük ehtimalla texniki məğlubiyyət veriləcək.