Fransanın “Anje” klubunun prezidenti Said Şaban həbs olunub.
Futbolinfo.az xəbər verir ki, o, cinsi təcavüzdə təqsirkar bilindiyi üçün yerli polis tərəfindən saxlanılıb.
3 qız 55 yaşlı prezidentin onlara qarşı təcavüz etdiyini bildirir. Onların hər üçü “Anje”də çalışır.
Məlumatı Liqa 1 təmsilçisinin vəkili də təsdiqləyib. Lakin onun sözlərinə görə, Şaban bu ittihamları rədd edib və istintaqın nəticəsində günahsız olduğunu isbat edəcəklərinə əmindi.