“Səbail” “Keşlə” ilə oyuna hücumçusuz çıxacaq. Onsuz da heyət sıxıntısı çəkən “dənizçilər”in yeganə ön xətt oyunçusu Rauf Əliyev növbəti sarı vərəqə üzündən cəzalı duruma düşdüyündən, baş məşqçi Aftandil Hacıyev çıxılmaz vəziyyətdədi.
Komandanın digər hücumçusu Mirsahib Abbasovdu. Lakin o, daha çox cinah oyunçusudu və hazırlığı qaydasında deyil. Bu səbəbdən məşqçi ona məcburən güvənsə də, “Keşlə” üçün ciddi problem yaratmayacağı gözlənilir. Sabah uzun fasilədən sonra “ASK Arena”ya qayıdacaq “Keşlə”nin fürsətdən istifadə edərək, ikinci pillədəki yerini qorumağa çalışacağı şübhə doğurmur. Bunun üçün qələbə qazanmaq mütləqdi və heyət problemi olan “Səbail”i uyğun rəqib saymaq olar.