Qazaxıstan mətbuatı “Tobol”dan ayrılan Azərbaycan yığmasının qapıçısı Emil Balayevin karyerasını yenidən bu ölkədə davam etdirəcəyi ilə bağlı məlumatlar yayıb. Həmkarlarımızın iddiasına görə, qolkiper “Kaysar”ın transfer hədəfindədi. “Kaysar” klubunun baş məşqçisi Stoyço Mladenov isə futbolinfo.az-a açıqlamasında məlumatı təkzib edib. O bildirib ki, Balayevlə maraqlanmırlar: “Bu məlumat həqiqəti əks etdirmir. Biz Balayevlə maraqlanmırıq”.

Shares: