“Barselona”nın baş məşqçisi Kike Setyen komandadan ayrılacağı iddia olunan Lionel Messi haqda danışıb.
Komanda.az xəbər verir ki, İspanya mətbuatının suallarını cavablandıran Setyen, “Messinin gələcəyindən narahatsız” sualına belə cavab verib:
“Messi yetkin futbolçudur, özü qərar verməyi bacarır. Messinin atası deyiləm, həyatına qarışmayacam.
Mən komandadakı oyunçuları xoşbəxt etməliyəm. Messi də məşqlərdə gülür, burda olmağı sevir. Bunu dünən də görmüşəm, əvvəlki gün də”.
Qeyd edək ki, İspaniya mətbuatı son günlərdə “Barselona” rəhbərliyi ilə problemləri olan Lionel Messinin Kataloniya klubundan ayrıla biləcəyini yazır. Xüsusilə Erik Abidalla məlum mübahisədən sonra bu tipli xəbərlərin sayı daha da artıb. Hətta iddiaya görə, 32 yaşlı hücumçu “Barselona”dan ayrılsa, “Mançester Siti” ona rəsmi təklif göndərəcək. “Şəhərlilər” argentinalı futbolçuya illik 50 milyon funt-sterlinq ödəməyə hazırdı.
Messinin “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.