İngiltərənin “Vulverhempton” klubunun Avropa Liqası üçün UEFA-ya təqdim etdiyi iştirak ərizəsində yer alan Renat Dadaşovun vətəndaşlığı dəyişdirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu öncə almaniyalı kimi göstərilmişdi.
Bu, onunla ehtimal olunurdu ki, hücumçunun Almaniyada doğulub və bu ölkənin aşağı yaş qruplarından ibarət millilərində oynayıb.
Lakin daha sonra UEFA-nın rəsmi saytı bu yanlışlığı aradan qaldırıb. Artıq Dadaşovun Azərbaycan vətəndaşı olduğu qeyd olunub.