Futbol üzrə İran milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qonşu ölkə yığmasını bundan sonra Draqan Skoçiç çalışdıracaq.
Bu barədə İran Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssis bu postda Mark Vilmotsu əvəz edib.
Skoçiç daha öncə İranda dörd klubu çalışdırıb. 51 yaşlı mütəxəssis ölkəsində “Rieka”, Sloveniyada “İnterblok”, Küveytdə “Əl Ərəbi”, Səudiyyə Ərəbistanında “Əl Nəssr” komandasının da baş məşqçisi olub.