Futbol üzrə İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində “Real” “Real Sosyedad”a 3:4, “Barselona” isə “Atletik”ə 0:1 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” və “Barselona” 65 ildən sonra ilk dəfə eyni gündə kubokda mübarizəni dayandırıb.

1955-ci ilin 29 mayında İspaniya kubokunun yarımfinal mərhələsində “Real” “Sevilya”ya, “Barselona” isə “Atletik”ə məğlub olaraq, mübarizəni dayandırmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp