“Elazığspor” klubu zəlzələyə görə II Liqadan çəkilmək üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

Futbolinfo.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, əyalət təmsilçisinin istəyi qəbul olunub.

Qeyd edək ki, yanvarın sonlarında Elazığda 6,8 bal gücündə zəlzələ baş verib.

Son məlumata görə, zəlzələ nəticəsində 40-dək insan dünyasını dəyişib.

Shares: