İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu məlum olub.

Futbolinfo.az xəbər verir ki, bu, “Mançester Siti”nin hücumçusu Serxio Aquerodu.

Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Argentinalı futbolçu ötən ay Premyer Liqada iştirak etdiyi 3 matçda 6 qol vurub.

Aquero Premyer Liqa tarixində rekord sayda – 7-ci dəfə ayın futbolçusu seçilib. Əvvəlki rekord Stiven Cerrard (“Liverpul”) və Harri Keynə (“Tottenhem”) aid idi. Hər iki futbolçu 6 dəfə ayın oyunçusu seçilib.

Shares: