İspaniyanın “Barselona” klubu icarə əsasında “Bavariya”da çıxış edən futbolçusu Filippe Koutinyo ilə bağlı qərarını verib.

Futbolinfo.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı futbolçunu satmağa qərar verib.

Klub Koutinyonun transfer qiymətini də müəyyənləşdirib. İspanlar 27 yaşlı futbolçu üçün 80-90 milyon avro arası məbləğ tələb edir. Uyğun təklif qarşılığında “Barselona” futbolçunun yayda komandadan ayrılmasına razılıq verəcək.

Cari mövsümü icarə əsasında “Bavariya”da keçirən Koutinyo, Münhen klubunun heyətində iştirak etdiyi 26 oyunda 7 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.

Shares: