“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 16-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Fasilədən sonra öz meydanımızda ilk oyunumuz idi. Həyəcan hiss olunurdu. Rəqib bizi əks-hücumlarda yaxalayırdı. Öz oyunumuzu qura bilmirik. Bu gün şans bizim tərəfimizdə deyildi. Bir səhv məğlubiyyətə gətirib çıxardı. Vaxt lazımdı. Komandaya irad da bildirə bilmirəm. Qalib gəlmək istəyirdik, amma şansımız gətirmədi.
  • Bu nəticə “Neftçi”ylə oyuna təsir edə bilər?
  • Bir məğlubiyyət nəyəsə təsir edə bilməz. Futbolda məğlubiyyət də var, qələbə də.
  • “Keşlə”nin “Səbail”lə oyunları alınmır sanki…
  • Elə komandalar olur ki, xoş rəqib olmur. Bu, dünya futbolunda da var. Bizim üçün də bu mövsüm arzuolunmayan rəqib “Səbail”di.
  • Qeydə alınmayan qol epizodunu izlədiz?
  • Baxıb nəyə nail olacağıq ki? İndi fikir bildirə bilmirəm. Yalnız epizodu izlədikdən sonra fikir bildirə bilərəm. Onda da nəyisə dəyişmək mümkün olmayacaq.
  • Transfer məsələləri ilə bağlı çox həssas mütəxəssis kimi tanıyırıq sizi. Murad Ağayevin transferi nə ilə bağlıdı?
  • Murad əvəzedici heyətə çağırılıb. Əsas komandada məşq edir, amma əvəzedici komanda üçün nəzərdə tutulub. (komanda.az)
Shares: