Rusiyanın “Ximki” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi 1-ci divizion klubu Belekdeki hazırlıq prosesi çərçivəsində ötən gün iki sınaq matçına çıxıb.

Sözügedən komanda öncə Latviya “Valmiera”sı ilə üz-üzə gəlib və 1:0 hesabıyla qalib gəlib. Kamran bu görüşə start heyətdə başlasa da, 52-ci dəqiqədə əvəzlənib.

“Ximki” sonuncu oyununu Çinin “Çançun Yatay” klubuna qarşı keçirib. Əliyevin komandası bu görüşdə darmadağına sevinib – 4:1. Kamran bu oyunun 54-cü dəqiqəsində meydana buraxılıb. Komandasının üçüncü qolunu da 61-ci dəqiqədə azərbaycanlı hücumçu vurub.

Shares: