Futbol üzrə Yaponiya superkubokunun qalibi məlum olub.
Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə “Vissel Kobe” ilə “Yokohama” qarşılaşıb.
Əsas vaxtı 3:3 hesabıyla bitən matçda, “Vissel Kobe” penaltilər seriyasında rəqibini məğlub edib – 3:2.
“Vissel Kobe”nin heyətində “Barselona”nın sabiq futbolçusu Andres İnyesta da forma geyinir. Bu kubok 35 yaşlı yarımmüdafiəçinin karyerasındakı 37-ci titulu olub.