Fransanın “Renn” klubunun prezidenti Olivye Letanq postundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
47 yaşlı funksioner 2017-ci ildən “Renn”in prezidenti idi. Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq klubun idarə heyətinin sədri Jak Delano yerinə yetirəcək.
“Renn” hazırda Liqa 1-də 4-cü sıradadı.