“Real” və “Mançester Siti”nin sabiq futbolçusu Emmanuel Adebayorun yeni iş yeri məlum olub.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Paraqvayda davam etdirəcək.

Toqolu hücumçu “Olimpiya” klubuna transfer olunacaq. Bu barədə klubun sosial şəbəkə hesablarında da məlumat paylaşılıb. Tərəflər arasında yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

Karyerası ərzində “Arsenal”, “Real”, “Mançester Siti”, “Tottenhem” kimi klublarda forma geyinən Adebayor, son olaraq Türkiyədə “Kayserispor”un şərəfini qoruyub.

Shares: