“Qarabağ”ın yeni transferi  Ovusu Kvabena debüt etdi. Azərbaycan Premyer Liqasının 16-cı turunun “Neftçi” ilə qolsuz bitən matçında ikinci hissədə oyuna girən forvard ın təəssüratları maraqlıdı.

– Asan oyun olmadı. Çünki derbi idi. Hamı udmaq istəyirdi, aqressiv idi. Amma düşünürəm ki, pis alınmadı.

– Bu görüş Azərbaycandakı ilk oyununuz idi. Ümumiyyətlə, buraya gələnə qədər fikrinizdə olanlarla gəlib, gördükləriniz üst-üstə düşdümü?

– Futbol hər yerdə futboldur. Sadəcə, matça köklənib, öz oyununu nümayiş etdirməlisən.

– İspaniyanın Sequndasından Azərbaycan Premyer Liqasına gəlmisiz. Ora ilə bura arasında həm futbol, həm azarkeş baxımından və s. çox müqayisəolunmazdır. Buna görə özünüzü ilk baxışdan narahat hiss etmirdiniz?

– Ola bilər ki, Sequnda B-yə daha çox azarkeş gəlsin. Amma futbol tərəfindən geri qalmır.

– “Qarabağ”a keçdiyiniz vaxt problem yaranmışdı. Orada bir məsələ vardı ki, “Kordoba”dan icazəsiz gəlmişdiniz. Klub rəhbərliyi onlara hörmətsizlik etdiyinizi düşünürdü. Buna aydınlıq gətirə bilərsinizmi?

– Məncə, bu haqda nəsə deməyin zamanı deyil.

– “Kordoba”dan buraya gəlməkdə hədəfiniz nədir? Daha çox pul qazanmaq, yoxsa avrokuboklarda çıxış etmək?

– Əgər hansısa kluba getmək şansın yaranırsa və bu, sənin xeyrinə olacaqsa, onda gərək o addımı atasan. Yəni, burada avrokuboklarda oynamaq imkanı qazanırsan.

– Özünüzdə Azərbaycan Premyer Liqasında oynayarkən Qana millisinə çağırılma potensialını görürsünüz?

– Mənə elə gəlir ki, öz işini yaxşı görəcəksənsə, inkişaf edəcəksənsə, milliyə də dəvət olunacaqsan.

Shares: