Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Aykut Kocamanla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumatda, məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
54 yaşlı mütəxəssis 2018-ci ilin noyabrından “Konyaspor”u çalışdırırdı.
“Konyaspor” cari mövsümdə Super Liqada keçirdiyi 21 turdan sonra 20 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.