“Mançester Siti” klubu ciddi itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu Emerik Laport sıradan çıxıb.
Çempionlar Liqasının 1/8 finalının “Real”la ilk matçında (2:1) zədələnən 25 yaşlı müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu mövsüm uzun müddət zədə səbəbiylə yaşıl meydalardan uzaq qalan Laport, Premyer Liqada 7 oyunda iştirak edib.