Koronavirusun yayıldığı İtaliyada A Seriyasının növbəti – 26-cı turunun oyunlarıyla bağlı qərar verilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, “Yuventus” – “İnter”, “Milan” – “Cenoa”, “Parma” – SPAL və “Sassuolo” – “Breşiya” matçları azarkeşsiz keçiriləcək.
Sözügedən qarşılaşmalar martın 1-də baş tutacaq.