Milli komandaya hələ də baş məşqçi tapa bilməyən AFFA tez-tələsik paraqvaylı Sezar Meza Kollini milliləşdirməyə çalışır.
Federasiya 25 ildir “eyni palçığa batır”. 1995-ci ildən bu yana 50-yə yaxın xarici futbolçuya Azərbaycan pasportu verilib, milli komandaya cəlb olunsa da, onların gəlişi yığmamızın çıxışında əsaslı dəyişiklik etməyib.
Sportinfo.az-ın şef-redaktoru İlkin Fikrətoğlu hazırladığı son vidoesüjetdə AFFA-nı illərdir davam edən bu mənasız “milliləşdirmə strategiyası”ndan əl çəkməyə, uşaq futboluna daha çox diqqət ayırmağa səsləyib.