Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 17-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi “Baniyas” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda lider “Şabab Əl-Əhli Dubay” ilə qarşılaşıb. Almeydanın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Riçard da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.
“Baniyas” 17 oyuna topladığı 20 xalla 14 iştirakçı arasında 9-cudu.