İngiltərənin “Lids” klubunun qapıçısı Kiko Kasilya cəzalandırılıb.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu Çempionşipin 9-cu turunun “Çarlton”la matçında rəqib komandanın hücumçusu Conatan Lekoya qarşı irqçilik etdiyi üçün cəzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İngiltərə Futbol Assosiasiyası Kasilyanı 8 oyunluq diskalifikasiya edib və 60 min funt-sterlinq məbləğində cərmələyib. Lakin futbolçu günahını etiraf etməyib və cəzanı ədalətsiz hesab etdiyini açıqlayıb.

Kiko Kasilya bu yay “Real”dan “Lids”ə keçib. O, bu cəza səbəbindən yaşıl meydanlara bir də aprelin 18-də qayıda biləcək.

Shares: