Azərbaycan millisinin baş məşqçi postuna əsas namizəd sayılan Canni de Byazi AFFA-dan cavab gözləyir. İtaliyalı mütəxəssis az öncə “Futbolinfo”nun əməkdaşıyla söhbətdə bizimkilərin onunla bütün detallarla bağlı müzakirə apardığını, amma rəsmi cavab vermədiyini dilə gətirib.

De Byazi son günlər AFFA ilə danışıq aparmayıb: “Axırıncı dəfə ötən həftə danışmışıq. Məndən maliyyə tələblərimi də soruşublar. Amma cavab almamışam, qərarı gözləyirəm. Cavablarının müsbət və ya mənfi olmasından asılı olmayaraq, mənə nəticəni bildirəcəklər”.

Xatırladaq ki, de Byazi daha öncə Albaniya millisində ilinə 1,5 milyon avro alırdı. Millimizin son baş məşqçisi Nikola Yurçeviç isə 1 xal müqabilində 1 milyon avronu cibinə qoydu.

Shares: