Türkiyənin “Rizəspor” klubunun baş məşqçisi İsmail Kartal istefa verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun prezidenti Hasan Kartal məlumat verib.
“Rizəspor” Super Liqanın 24-cü turu çərçivəsində keçirilən “Trabzonspor”la səfər oyununda 2:5 hesabıyla məğlub olub. Bu üzdən də İsmail Kartal oyundan sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edib. Hasan Kartal onun istefasını qəbul etdiklərini bildirib və sabiq baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.
“Rizəspor” bu mövsüm İsmail Kartalın rəhbərliyi atlında 7 qələbə və 3 heç-heçə sayəsində 24 xal toplayıb, 13 məğlubiyyətə üzülüb. Rizə təmsilçisi 24 turdan sonra 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.