“Emil fantastik qapıçıdır. O, insan kimi bizdə müsbət təəssüratlar oyatdı”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Norveçin “Bude-Qlimt” komandasının qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad Azərbaycan millisinin qapıçısı Emil Balayevin transferinin alınmamasının səbəbləri barədə danışarkən deyib.
43 yaşlı mütəxəssis bildirib ki, Balayevlə şəxsi müqavilə detallarında razılığa gəlmək mümkün olmayıb: “Təəssüf ki, Emilin irəli sürdüyü şərtlərdə ortaq məxrəcə gələ bilmədik. Ona görə də komandanın düşərgəsini tərk etməli oldu. Keçidin alınmamasına görə məyusuq. Amma bu, futboldur”.
Kolstad bundan sonra da 26 yaşlı qolkiperi diqqətdə saxlayacağını söyləyib: “Gələcəkdə nə olacağını indidən bilmək mümkün deyil”.
Qeyd edək ki, Emil Balayevin atası Nazim Balayev “Bude-Qlimt”lə maliyyə şərtlərində razılığa gələ bilmədiklərini söyləyib.