Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Lvov”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Aleksandriya” 20 turdan sonra 34 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.