“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 19-cu turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Oyunun çətin keçəcəyini bilirdik. Qışdan sonra məğlub olmayan iki komandadan birinə qarşı oynadıq. Yaxşı çıxış etdik. Əvəzetmədən meydana daxil olan futbolçular ümumi plandan qopmadılar. Hücumda çoxalmağın çətin olacağını anlayırdıq. Son dəqiqədə xarakter göstərdik. Hər bir xal bizim üçün önəmlidi. Futbolçuları göstərdikləri xarakterə və qələbəyə görə təbrik edirəm. Rəqibə də uğurlar arzulayıram. Qoldan sonra aktivliyi artırdıq. Standart vəziyyətdən fərqləndik. Sevinirik ki, qolu da Rauf Əliyev vurdu. Bu onun özünə inamını artıracaq. Maykl Essyenin ayağında ağrı oldu, ona görə əvəzləndi. Sabah müayinədən sonra hər şey bəlli olacaq”.

Shares: