Futbol üzrə İspaniya La Liqasının 26-cı turunda “Real” “Barselona”nı qəbul edib.
Futbolinfo.az xəbər verir ki, “Santyaqo Bernabeu”da keçirilən “El klasiko”da maraqlı məqam diqqət çəkib.
Stadionun reklam şitlərində Azərbaycanın mərc oyunları operatoru “Topaz”ın adına rast gəlinib. Bu isə “Topaz”ın sözügedən matç üçün sponsor olması anlamına gəlir.
Şirkət son illərdə Azərbaycan Premyer Liqasına sponsorluq etsə də, 2019/20 mövsümünün əvvəlində Peşəkar Futbol Liqası ilə əməkdaşlığı dayandırıb.