Bu gün futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, tədbir Niderlandın paytaxtı Amsterdamda olacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hələlik baş məşqçisi olmayan Azərbaycan milli komandasının C Liqasındakı rəqibləri püşk nəticəsində müəyyənləşəcək. Komandanın potensial rəqibləri Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva və Lüksemburqdur. Yığma C Liqasının 4-cü səbətində birgə yer aldığı üçün Ermənistan, Qazaxıstan və Moldovaya rəqib ola bilməyəcək.

Liqaların tərkibi belədir:

A Liqası

1-ci səbət: Portuqaliya (2018/2019 mövsümünün qalibi), Niderland, İngiltərə, İsveçrə

2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya

3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç

4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya

B Liqası

1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya

2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya

3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya

4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C Liqası

1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan

2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr

3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq

4-cü səbət: Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova

D Liqası

1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn

2-ci səbət: Andorra, Malta, San-Marino.

Millətlər Liqasının qrup oyunlarının təqvimi

I tur: 1 – 3 sentyabr

II tur: 6 – 8 sentyabr

III tur: 8 – 10 oktyabr

IV tur: 11 – 13 oktyabr

V tur: 12 – 14 noyabr

VI tur: 15 – 17 noyabr

Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 -6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.

Shares: